Mənsimov izlədi, "Xəzər Lənkəran" məşq etdi

Mənsimov izlədi, "Xəzər Lənkəran" məşq etdi
Premyer Liqanın III turunda doğma arenada "Rəvan”ı qəbul edəcək "Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "ağ-yaşıllar" dünən saat 19.00-da stadionun əsas meydançasında növbəti məşqə çıxıb. 
Zədəsini sağaltmaq üzrə olan Sadio Tounkara komandadan ayrıca çalışıb. Yeni futbolçuların qatıldığı hazırlıq prossesini az sayda azarkeş də izləyib. 
Məşqin sonuna yaxın isə paytaxtdan Lənkərana gələn Cənub təmsilçisinin prezidenti Mais Mənsimov və digər klub rəsmiləri bir başa stadiona daxil olaraq, məşqi izləyən azarkeşlərə qoşulublar.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər