Türkiyədə keçirdiyi yay təlim-məşq toplanışında olan və ötən gün ikinci yoxlama oyununu keçirən “Xəzər Lənkəran” bu gün istirahət edəcək.
Fanat.az xəbər verir ki, komanda bir günlük istirahətin ardından iyul ayının 16-dan başlayaraq məşqlərini davam etdirəcək.
"Ağ-yaşıllar"ın növbəti yoxlama oyunu iyulun 18-nə planlaşdırılır. Rəqibin kimliyi isə hələlik, müəyyənləşməyib.
Fanat.az