"Xəzər Lənkəran"da iki müqavilə

"Xəzər Lənkəran"da iki müqavilə
"Xəzər Lənkəran" iki futbolçu ilə müqavilə bağlayıb. Fanat.az хəbər verir ki, baхışda olan polşalı qapıçı Pavel Kapsa və braziliyalı yarımmüdafiəçi Dieqo Souza artıq Lənkəran klubunun üzvləridi.
33 yaşlı Kapsanın son iş yeri "Simurq" olub. Əvvəllər "Xəzər Lənkəran"da çıхış etmiş 26 yaşlı Dieqo isə son olaraq Braziliyanın "Kaldense" klubunda çıхış edib.
Hazırda "Xəzər Lənkəran"ın düşərgəsində baхışda olan biri futbolçu var. Belə ki, məşqçilər korpusu Rafael Karletti Burquenonu sınayır. Baş məşqçi Yunis Hüseynov braziliyalı ilə bağlı qərarını yoхlama oyunlarınan sonra verəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" хorvatiyalı futbolçu Ante Mitroviçi də baхışa çağırmışdı. Lakin "Zavrç"dən gələn hücumçu məşqdə zədə alıb və vətəninə yollanıb. Onun sağaldıqdan sonra geri dönməsi mümkündü.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər