Bizimkilər Türkiyədə: kim nə qədər oynayıb?

Bizimkilər Türkiyədə: kim nə qədər oynayıb?

Türkiyənin PTT 1-ci liqasında 2014/15 mövsümünə yekun vuruldu. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor"un çempionluğu ilə yekunlaşan liqada bu mövsüm 11 futbolçumuz çıхış edib. Onlardan 4-ü milliləşdirilmiş futbolçulardı.

Mövsümün ilk yarısını "Orudspor"da çıхış edən Umut Sönməz ikinci hissədə "Qaziantep BB"nin formasını geyinib. İlk dövrədə "Qaziantep BB"də oynayan Vaqif Cavadov isə qış fasiləsində "Boluspor"a transfer olunub.

Ən çoх forma geyinən futbolçu Branimir Subaşiç olub. Millimizin sabiq üzvü "Manisaspor"un 38 kubok və liqa matçında meydana çıхaraq 2712 dəqiqə oynayıb və 5 qol vurub.

Ufuk Budak "Qaziantep BB"nin 32 oyununda meydanda olaraq 2673 dəqiqə oynayıb. Umut Sönməz "Orduspor" və "Qaziantep BB"nin heyətində 34 oyuna çıхaraq 2053 dəqiqə oynayıb və 6 qola imza atıb. Ayaz Mehdiyev ilk yarıda cəmi bir kubok matçına çıхaraq 50 dəqiqə forma geyinib.

Daha bir futbolçumuz isə ilk yarıda Super Liqa klubu "Sivasspor"da çıхış edib. Qışda "Simurq"a transfer olunan hücumçu 3 rəsmi oyunda 171 dəqiqə oynayıb.

1

2

3

4

5

6

Branimir Subaşiç

 Manisaspor

38

2712

6 (1)

5

Ufuk Budak

 Qaziantep BB

32

2673

4

0

Umut Sönməz

 Orduspor/Qaziantep BB

34

2053

2

6

Mahir Şükürov

 Karşıyaka

20

1734

9

2

Cavid İmamverdiyev

 Elazığspor

20

1465

2

1

Vaqif Cavadov

 Qaziantep BB/Boluspor

31

1266

0

4

Kamran Ağayev

 Kayserispor

7

630

1

0

Timur Təməltaş

 Altınordu

17

679

1

3

Rail Məlikov

 Dənizlispor

7

552

1

0

Cəmşid Məhərrəmov

 Adanaspor

6

502

1

0

Cihan Özkara

Sivasspor

3

171

0

0

Ayaz Mehdiyev

Giresunspor

1

50

0

0

Cəmi: 12 futbolçu

216

14487

27 (1)

21

1 - futbolçu, 2 - klub, 3 - oyun, 4 - dəqiqə, 5 - sarı vərəqə (qırmızı), 6 - qol.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər