Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb. Fanat.az хəbər verir ki, "Gənclərbirliyi"nin çalışdırıcısı Məsut Bakkal postundan ayrılıb.
Buna səbəb komandanın mövsümü uğursuz keçirməsi olub. Super Liqanın XXXIII turunda evdə "Mersin İdman Yurdu"na 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi"inin baş məşqçisi getmək qərarına gəlib. Məsut Bakkalın istefası rəhbərlik tərəfindən qəbul olunub.
Qeyd edək ki, "Gənclərbirliyi" geridə qalan 33 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Fanat.az