Bundesliqa bitdi: kim hara gedir?

Bundesliqa bitdi: kim hara gedir?

Almaniya Bundesliqasında 2014/15 mövsümünə yekun vurulub. Fanat.az хəbər verir ki, avrokuboklara vəsiqə qazanan və Bundesliqanı tərk edən komandaların adına aydınlıq gəlib.

Çempion "Bavariya" ilə yanaşı, "Volfxsburq" və Münhenqladbaх "Borussiya"sı Çempionlar Liqasının qrup, "Bayer" pley-off mərhələsinə vəsiqə əldə edib.

"Auqsburq" Avropa Liqasının qrup mərhələsinə düşüb. 6-cı yeri tutan "Şalke 04" də Avroliqaya vəsiqə əldə edib. 7-ci pillədə qərarlaşan Dortmund "Borussiya"sı kubokun finalında "Volfsburq"u udsa, birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq, əks halda III təsnifat mərhələsində oynayacaq. Belə olan halda qrupa vəsiqəni 6-cı pillədəki "Şalke 04" əldə edəcək.

17-18-ci pillələrdə qərarlaşan "Frayburq"la "Paderborn" II Bundesliqaya yuvarlanıb. II Bundesliqada çempionluğunu elan edən "İnqolştadt" elitaya vəsinə əldə edib. Son tur ərəfəsində ikinci birbaşa vəsiqəyə "Darmştadt", "Karlsruher" və "Kayzerslautern" iddia edir.

Bundesliqada 16-cı yeni tutan "Hamburq elitadakı yerini qorumaq üçün II Bundesliqanın üçüncüsü ilə pley-off oynayacaq.

1.

Bavariya

34

25

4

5

80:18

79

2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər