Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilov baş məşqçisiz qalıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçumuzu forma geyindiyi “Qranada” baş məşqçisi Abel Resino ilə yollarını ayırıb.
La Liqanın XXXIV turu çərçivəsində evdə “Espanyol”a 1:2 hesabı ilə məğlub olan “Qranada” bununla 19-cu pillədə qalıb və elitanı tərk etməyə çox yaxındı. Bu isə klub rəhbərliyini qane etmədiyindən, Abel Resinonun göndərilməsi qərara alınıb. Növbəti tur matçına qədər yeni baş məşqçinin kimliyi bəlli olacaq.
Qeyd edək ki, hazırda aktivində 25 xalı olan “Qranada” elitada qalmaq üçün daha iki komandanı qabaqlamalıdı. İsrafilovun komandası sona 4 tur qalmış 17-ci pillədəki “Almeriya”dan 6 xal geri qalır.
Fanat.az