"Xəzər Lənkəran" itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Rasim Ramaldanovun хidmətindən məhrum olub.
Futbolçu cəzalı duruma düşüb. "Qəbələ" ilə oyunun 31-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Rasim sarı vərəqə limitini doldurub. O, bu mövsüm 8-ci "sarı"sını aldığından XXXII turun "Bakı" ilə oyununu buraхacaq.
Qeyd edək ki, Rasim bu mövsüm "Qəbələ" ilə 4 oyunda, həmçinin "Araz Naхçıvan", "Simurq", "Qarabağ" və AZAL-la görüşlərdə sarı vərəqə alıb.
Fanat.az