Bu gün Bakıda keçirilən UEFA-nın İnkişaf turnirində III turun qarşılaşmaları keçirilib. Fanat.az xəbər verir ki, bu oyunlarla 16 yaşadək futbolçulardan ibarət komandaların yarışına yekun vurulub.
Azərbaycan yığması “Bayıl Arena”da Yunanıstanı 3 cavabsız qolla məğlub edib. Millimizin heyətində Fərid Nəbiyev dubl edib, Cavidan Qasımlı bor qol vurub. İlk oyununda Qazaxıstanı 4:0, ikinci oyununda Gürcüstanı 2:1 hesabı ilə üstələyən komandamız 3 qələbə ilə turnirin qalibi olub.
Yarışın autsayderi Qazaxıstanı sınağa çəkən Gürcüstan millisi isə 2 cavabsız qolla qalib gəlib. Bununla da qonşularımız turniri 2-ci pillədə başa vurub.
| № | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Azərbaycan | 3 | 3 | 0 | 0 | 9:1 | 9 |
| 2 | Gürcüstan | 3 | 2 | 0 | 1 | 5:2 | 6 |
| 3 | Yunanıstan | 3 | 1 | 0 | 2 | 6:6 | 3 |
| 4 | Qazaxıstan | 3 | 0 | 0 | 3 | 1:12 | 0 |
Fanat.az