"Xəzər Lənkəran" kapitansız qaldı

"Xəzər Lənkəran" kapitansız qaldı

"Xəzər Lənkəran" iki itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi Elbrus Məmmədov Rahid Əmirquliyevlə Elşən Rzazadənin хidmətindən məhrum olub.

Hər iki futbolçu cəzalı duruma düşüb. Elşən "Neftçi" ilə oyunun 78-ci, Rahid 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. "Xəzər Lənkəran" XXX turda istirhət edəcəyindən onlar cəzalarını XXXI turun "Qəbələ" ilə oyununda çəkəcəklər.

Qeyd edək ki, cari mövsümdə 8 "sarı" alan Rahid "Neftçi" ilə 3, "Sumqayıt"la 2 oyunda, həmçinin "İnter", "Qəbələ" və AZAL-la görüşlərdə cəzalanıb. Elşən isə "İnter", "Qarabağ", "Sumqayıt" və "Neftçi" matçlarında "fərqlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər