“Xəzər Lənkəran” məşqlərini bərpa etdi

“Xəzər Lənkəran” məşqlərini bərpa etdi

Topaz Premyer Liqasının XXV turundan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” bu gün Lənkəranda toplanıb. Fanat.az xəbər verir ki, komanda saat 16.00-da Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxaraq Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun hazırlığına start verib. 

Antalya toplanışı çərçivəsində yoxlama oyununda ciddi zədə alan müdafiəçi Ruslan Cəfərovun bu gündən başlayaraq fərdi məşqlərə başladığını da qeyd edək. 

Xatırladaq ki, mart ayının 13-də Azərbaycan kuboku çərçivəsində “Xəzər Lənkəran” "İnter"i qonaq edəcək və saat 17.00-da start götürəcək matç “Xəzər Lənkəran TV" ilə canlı yayımlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər