Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Fanat.az xəbər verir ki, qarşılaşma “Əlincə” stadionunda baş tutub.
Qarşılaşma 2:1 hesabı ilə Rusiya yığmasının xeyrinə başa çatıb. Hesabı 42-ci dəqiqədə Oruc İsmayılov açsa da, sonradan iki qol vuran ruslar əzmkar qələbə qazanıblar.
Qeyd edək ki, fevralın 20-də “Bakcell Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Fanat.az