Emil Balayev yenə debüt etmədi

Emil Balayev yenə debüt etmədi

Almaniya Bundesliqasında XXI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Şalke 04"ü qəbul edib.

Oyun Frankfurt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Emil Balayev yenə debüt etməyib. Qapını Kevin Trappa tapşıran baş məşqçi Tomas Şaaf ehtiyat qapıçı kimi Feliks Vyedvaldın adını "18-liy"ə salıb.

Qeyd edək ki, "Ayntraхt" 21 turdan sonra 28 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər