Almaniyanın II Bundesliqasında IV tura start verilib. Fanat.Az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Aue" evdə "Nürnberq"lə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Nazarov sonadək meydanda olub. Yarımmüdafiəçi 73-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Bu futbolçumuzun ardıcıl ikinci qolu olub.
Qeyd edək ki, "Aue" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.Az