"Xəzər Lənkəran"da 3 problem

"Xəzər Lənkəran"da 3 problem
"Xəzər Lənkəran" "İnter"lə oyuna tam heyətlə çıxa bilməyəcək. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi bildirib ki, Ağabala Ramazanovla Manuel Skarlatake zədə səbəbindən meydana çıxa bilməyəcək. Alfred Sankoya gəlincə, onun da oyunu buraxması gözlənilir.
Qeyd edək ki, "İnter" - "Xəzər Lənkəran" oyunu noyabrın 20-də "İnter Arena"da baş tutacaq və saat 18.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər