Ötən gün günorta saatlarında "Xəzər Lənkəran" - "Neftçi" matçının "Dalğa Arena"da keçiriləcəyi barədə məlumat vermişdik. Artıq xəbər təsdiqlənib.
Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu matçın "Dalğa Arena"da baş tutacağını bildirib: "Artıq danışıqlar yekunlaşıb. Oyun "Dalğa Arena"da keçiriləcək".
Qeyd edək ki, noyabrın 24-də baş tutmalı olan "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı Lənkəran şəhər stadionunun ot örtüyü hələ hazır olmadığından qeyri-müəyyənlik yaranmışdı. "Xəzər Lənkəran" bir neçə gün əvvəl "Neftçi"yə müraciət edərək oyunun "Bakcell Arena"da keçilməsini və paytaxt klubunun ev sahibi olmasını istəmişdi. Lakin "Neftçi"nin bu müraciətə cavabı mənfi oldu. "Ağ-qaralar" həmçinin İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunuda əzəli rəqiblərinə təklif etmişdilər. "Xəzər Lənkəran" tərəfi də bu təkliflə razılaşmamışdı.
Fanat.az