Almaniya II Bundesliqasında I turdan təxirə salınmış bir oyun baş tutub. Fanat.Az xəbər verir ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun komandası “Aue" səfərdə “Haydenhaym”la qarşılaşıb.
Güclü yağış səbəbindən oynanılması imkansız olan qarşılaşma qaldığı yerdən davam edib. Matç auelilərin məğlubiyyəti ilə yekunlaşıb. “Bənövşəyililər” 1:2 hesablı yenilgiyə üzülüblər.
Matça start heyətində başlayan Dmitri 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, iki oyundan sonra aktivində xal olmayan “Erzgebirge” turnir cədvəlinin zirzəmisində qərarlaşıb.
Fanat.Az