Daha bir dünya ulduzu Türkiyə klubunda?

Daha bir dünya ulduzu Türkiyə klubunda?

Türkiyənin "Antalyaspor" klubu daha bir dünya ulduzunu heyətinə qatmaq istəyir. Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Aleks Sonqu hədəfə alıb.

Məlumata görə, "Rubin" UEFA "Fair-Play qaydalar"ına görə kamerunlu ulduzu satmaq istəyir. "Antalyaspor" isə fürsətdən yararlanaraq onu heyətinə qatmağa çalışır.

Qeyd edək ki, Sonq "Rubin"ə 2016-cı ildə "Barselona"dan keçib. Kataloniya klubu 29 yaşlı yarümmüdafiəçini 2012-ci ildə "Arsenal"dan 19 milyon avroya almışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər