Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”la oyun “Barselona” klubunun hücumçusu Lionel Messi üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, matçın 24-cü dəqiqəsində fərqlənən argentinalı hücumçu turnirdə vurduğu qolların sayını 69-a yüksəldib.

O, bu qolla “Real"ın hücumçusu Kriştiano Ronaldoya çatıb. Hazırda hər iki futbolçunun aktivində 69 qol var. 

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox fərqlənən “Real"ın sabiq hücumçusu Raul Qonzalesdi. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 qolla siyahıya başçılıq edir. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər