Çempionatın son turunda doğma meydanda “Bakı”nı darmadağın edən “Xəzər Lənkəran” birgünlük istirahətini yekunlaşdıraraq bu gün bir araya gəlir. Fanat.az xəbər verir ki, komanda saat 15.00-da Bakıda toplanacaq.
Saat 16.00-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxacaq "Xəzər Lənkəran" “Qarabağ”la matçın hazırlıqlarına start verəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın IX turunda səfərdə “Qarabağ”la qarşılaşacaq. Oktyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 18.00-da start götürəcək və “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.
12cioyuncu.info