Premyer Liqanın VIII turunda “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq bir araya gəlib. Fanat.az xəbər verir ki, dünən günün ikinci yarısında Bakıda toplaşan komanda saat 15.30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
İsinmə hərəkətlərinin ardıyca toplu çalışmalarla davam edən məşq, ikitərəfli oyunla yekunlaşıb. Artıq zədəsini sağaldan Alfred Sanko komandaya qoşulsa da, zədə səbəbindən Rəşad Sadiqov və Uğur Pamuk hazırlıq prossesinə qatıla bilməyib.
Qeyd edək ki, klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov məşqi izləyib.
12cioyuncu.info