"Xəzər Lənkəran" başladı

"Xəzər Lənkəran" başladı
Premyer Liqanın VIII turu çərçivəsində “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, komanda dünən Lənkəranda iki məşq edib.
Saat 11.00-da ehtiyat meydançada başlayan məşq fiziki çalışmalarla bir saat sürüb. Komandanın saat 17.00-dan etibarən əsas meydançada keçdiyi məşq isə bütövlüklə taktiki hazırlıqdan ibarət olub və 1,5 saat davam edib.
Bir müddət əvvəl ayağından zədələnmiş gənc qapıçı Orxan Sadıqlı komanda ilə birgə, Əfran İsmayılov və Alfred Sanko isə fərdi qaydada məşq ediblər.
Qeyd edək ki, Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və Ağabala Ramazanov milli komandanın heyətinə cəlb olunub.
12cioyuncu.info 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər