"Xəzər Lənkəran"ın futbolçuları istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan baş məşqçi Oğuz Çətin yetirmələrinə istirahət verib.
"Xəzər Lənkəran" oktyabrın 3-dək məşq etməyəcək. Ayın 4-də toplaşacaq komanda VIII turun hazırlıqlarına start verəcək. Lənkəran klubunun fasilə müddətində əvəzedici komandası ilə yoxlama oyunu keçirməsi gözlənilir.
Fanat.az