Millimizin üzvü Bundesliqada qol vurdu

Millimizin üzvü Bundesliqada qol vurdu

Almaniya II Bundesliqasında XXXI tur başa çatıb. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma azarkeşlər önündə “Vurzburger Kikkers”lə qarşılaşıb.

 

Görüş “bənövşəyilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan milli üzvü oyunu əvəzolunmadan keçirib. O, 10-cu dəqiqədə penalti zərbəsi ilə komandasının ikinci qolunu vurub.

 

Qeyd edək ki, 31 oyundan sonra aktivində 36 xal olan “Aue” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər