Moskvada çimərlik futbolu üzrə Avropa Liqasına start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan ilk oyununda Qazaxıstanla qarşılaşıb.
Millimiz oyunu 3:1 hesablı qələbə ilə başa vurub. Komandamızın heyətində Hikmət Bağırov, Amid Nəzərov və Sabir Allahquliyev fərqlənib.
Azərbaycan yığmasının start heyəti: Emin Kürdov, Zeynal Zeynalov, Orxan Məmmədov, Sabir Allahquliyev, Amid Nəzərov.
Sonradan meydana çıxanlar: Sahib Məmmədov, Renat Sultanov, Hikmət Bağırov, Asif Zeynalov.
Yığmamız növbəti oyunlarını Estoniya və Moldovaya qarşı keçirəcək.
Fanat.az