Qadın voleybolçular arasında Avropa Liqasının VII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimiz Türkiyə yığmasını qəbul edib.
Oyun millimizin qələbəsi ilə başa çatıb. Aleksandr Çervyakovun çalışdırdığı komandamız Bursada uduzduğu 2 matçdan birinin qisasını almağı bacarıb - 3:1.
Qrupumuzun digər matçında isə Bolqarıstan Sloveniyanı sınağa çəkəcək. Millimiz isə sabah türklərlə daha bir oyun keçiriləcək.
Avropa Liqası
A qrupu
VII tur
Azərbaycan - Türkiyə 3:1 (25:16; 19:25; 25:16, 25:15)
Hakimlər: Zsolt Mezöffi (Macarıstan), Vladimir Oleynik (Rusiya).
Bakı, Voleybol Mərkəzi.
| 1 | Türkiyə | 7 | 4 | 3 | 545-514 | 14-11 | 12 |
| 2 | Bolqarıstan | 6 | 3 | 3 | 541-509 | 14-11 | 11 |
| 3 | Sloveniya | 6 | 4 | 2 | 480-496 | 12-12 | 9 |
| 4 | Azərbaycan | 7 | 2 | 5 | 513-650 | 10-15 | 7 |
Fanat.az