Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, "Kicker" dərgisinin keçirdiyi sorğunun qalibi "Borussiya"nın (Dortmund) futbolçusu Marko Reus olub.
Sorğuya Bundesliqada çıxış edən 220 futbolçu qatılıb. Reus onlardan 45,6 faizinin səsini toplaya bilib. Onu 17,7 faiz səs toplayan komanda yoldaşı Robert Levandovski izləyib. İlk "üçlüy"ü "Bavariya"lı Aryen Robben qapayıb - 7,9 fiz.
Mövsümün ən yaxşı qapıçısı Manuel Neuer olub. "Bavariya"nın qapıçısı 27,5 faiz səs topayıb. "Bayer"dən Bernd Leno ikinci yeri tutub - 22,5 faiz. Yeni mövsümdən "Barselona"nın formasını geyinəcək münhenqladbax "Borussiya"sının qapıçısı Mark-Andre ter Stegen 12,4 faizlə ilk "üçlüy"ü qapayır.
Bundesliqanın ən yaxşı baş məşqçisi adına Markus Veynzierl görülüb. "Auqsburq"u çalışdıran mütəxəssis 57,3 faiz səs topayıb. Onu "Şalke 04"dən Jens Kellerlə (10,9 faiz) "Bayer"dən Saşa Levandovski (5,9 faiz) izləyib.
Mövsümün ən yaxşı hakimi 34,2 səs toplayan Florian Meyer olub.
Fanat.az