David Moyesi istefaya göndərən "Mançester Yunayted" müvəqqəti baş məşqçisini müəyyənləşdirib. Fanat.az xəbər verir ki, komandanı Rayan Giqqzə tapşırıb.
Uelsli veteran futbolçu yeni baş məşqçi tapılanadək "qırmızı şeytanlar"a rəhbərlik edəcək. O, oynayan məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Giqqz 1990-cı ildən "Mançester Yunayted"də çıxış edir.
Fanat.az