Türkiyə dünyanın ən gənc ölkəsinə qarşı

Türkiyə dünyanın ən gənc ölkəsinə qarşı

Dünyanın ən gənc ölkəsi Kosovanın yığma komandası ikinci matçı üçün rəqib tapıb. Fanat.az xəbər verir ki, FIFA-nın milli və klub səviyyəsində yoxlama oyunları keçirməsinə icazə verdiyi ölkə Türkiyə Futbol Federasiyası ilə razılaşıb.

İlk matçını martın 5-də Haitiyə qarşı keçirən (0:0) kosovalılar növbəti görüşdə "ay-ulduzlular"la qarşılaşacaq. Türkiyə ilə matç mayın 21-də Kosovada keçiriləcək. Kosovalılar 4 gün sonra Cenevrədə Seneqal millisi ilə üz-üzə gələcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər