Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi
Hollandiya millisi yeni baş məşqçisinə qovuşub. Fanat.az xəbər verir ki, Türkiyə milli komandasının sabiq baş məşqçisi Qus Hiddink bundan sonra doğma vətəninin milli komandasını çalışdıracaq.
 
O, Hollandiya Futbol İttifaqı ilə 2 illik müqavilə bağlayıb. Hiddinkə Rud van Nistelroy və Danni Blind yardımçı olacaq. Məşqçilər heyətinin təqdimatı bu həftə reallaşacaq. Onlar 2014-cü il dünya çempionatından sonra işə başlayacaqlar. 
Qeyd edək ki, Qus Hiddink 1994-1998-ci illərdə də Hollandiya millisinin baş məşqçisi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər