"Xəzər Lənkəran"ın məşqində nələr baş verdi?

"Xəzər Lənkəran"ın məşqində nələr baş verdi?

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində fevralın 28-də “Fırtınalar meydanı”nda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, cənub təmsilçisi dünən stadionun ehtiyat meydançasında məşqə çıxıb.

Bakıda müalicədə olan Rasim Ramaldanov və Rahid Əmirquliyevlə yanaşı digər zədəli futbolçu Mbilla Etame də hazırlıq prosesinə qatılmayıb. Əvəzində isə əvəzedicilərdən əsas heyətə qaytarılan Elnur Cəfərov və Ağabala Ramazanov məşqdə iştirak ediblər.

Xatırladaq  ki, XX turda Lənkəranda keçirilən “Neftçi” matçında qırmızı vərəqə alaraq meydandan qovulan və AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalandırılan Ramazanovun cəza müddəti artıq başa çatıb. Gənc futbolçunun “İnter”lə matçda meydana çıxmaq şansı yaranıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın növbəti məşqi bu gün saat 11.00-da stadionun ehtiyat meydançasında baş tutacaq. Hazırlıq prosesindən öncə isə komandanın qısa toplantısı keçiriləcək və Xocalı faciəsi anılacaq. Toplantı zamanı əsasən legionerlərə (xüsusən də komandaya qış fasiləsində qoşulan legioner futbolçulara) Xocalı soyqırımı haqqında ətraflı məlumat veriləcək.

12cioyuncu.info

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər