"Xəzər Lənkəran" - "Bakı" matçı azarkeş sayına görə turun rekordu olub. Fanat.az xəbər verir ki, Lənkəran şəhər stadionunda baş tutan qarşılaşmanı 9500 nəfər canlı izləyib.
Fanat.az xəbər verir ki, cari mövsümdə ən çox azarkeş toplaşmış 6 oyunun hamısında ev sahibi "Xəzər Lənkəran" olub. Belə ki, XX turun "Neftçi" ilə oyununda 11000 nəfər stadionun yolunu tutub ki, bu da mövsümün rekordudu. Bu mənada ikinci göstəricidə "Xəzər Lənkəran" - "Neftçi" oyununa məxsusdu - 10000.
| tur | tarix | oyun | tamaşaçı sayı |
| 20 | 09.02.2014 | Xəzər Lənkəran - Neftçi | 11000 |
| 4 | 25.08.2013 | Xəzər Lənkəran - Neftçi | 10000 |
| 22 | 19.02.2014 | Xəzər Lənkəran - Bakı | 9500 |
| 11 | 27.10.2013 | Xəzər Lənkəran - Qarabağ | 7500 |
| 6 | 14.09.2013 | Xəzər Lənkəran - Bakı | 7100 |
| 2 | 11.08.2013 | Xəzər Lənkəran - Simurq | 7000 |
Fanat.az