Soçidə keçirilən 22-ci Qış Olimpiya Oyunları davam edir. Fanat.az xəbər verir ki, artıq 181 medal sahibini tapıb. Onlardan 61-i qızıl, 59-u gümüş, 61-i bürünc medaldı.
Medal siyahısına yenə Almaniya başçılıq edir. Berti Foqsun həmyerliləri 8 qızıl, 3 gümüş və 2 bürünc medala sahib çıxıb. İkinci pillədəki Rusiyanın 18 medalı var (5 qızıl, 7 gümüş, 6 bürünc). İlk üçlüyü isə 17 medalla Hollandiya qapayır (5 qızıl, 5 gümüş, 7 bürünc).
| 1 | Almaniya | 8 | 3 | 2 | 13 |
| 2 | Rusiya | 5 | 7 | 6 | 18 |
| 3 | Hollandiya | 5 | 5 | 7 | 17 |
| 4 | ABŞ | 5 | 4 | 9 | 18 |
| 5 | Norveç | 5 | 3 | 7 | 15 |
| 6 | İsveçrə | 5 | 2 | 1 | 8 |
| 7 | Belarus | 5 | 0 | 1 | 6 |
| 8 | Kanada | 4 | 7 | 4 | 15 |
| 9 | Polşa | 4 | 0 | 0 | 4 |
| 10 | Çin | 3 | 2 | 1 | 6 |
| 11 | İsveç | 2 | 5 | 2 | 9 |
| 12 | Avstriya | 2 | 5 | 1 | 8 |
| 13 | Fransa | 2 | 0 | 4 | 6 |
| 14 | Yaponiya | 1 | 3 | 2 | 6 |
| 15 | Çexiya | 1 | 3 | 1 | 5 |
| 16 | Sloveniya | 1 | 1 | 3 | 5 |
| 17 | Cənubi Koreya | 1 | 1 | 1 | 3 |
| 18 | Böyük Britaniya | 1 | 0 | 1 | 2 |
| 19 | Slovakiya | 1 | 0 | 0 | 1 |
| 20 | İtaliya | 0 | 2 | 3 | 5 |
| 21 | Avstraliya | 0 | 2 | 1 | 3 |
| 22 | Finlandiya | 0 | 2 | 0 | 2 |
| 23 | Latviya | 0 | 1 | 2 | 3 |
| 24 | Xorvatiya | 0 | 1 | 0 | 1 |
| 25 | Qazaxıstan | 0 | 0 | 1 | 1 |
| 26 | Ukrayna | 0 | 0 | 1 | 1 |
| # | Cəmi | 61 | 59 | 61 | 181 |
Fanat.az