Almaniyanın II Bundesliqasında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "1860 Münhen"in qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. İlk qolu 60-cı dəqiqədə meydan sahiblərindən Yuya Osako vurub. "Fortuna" isə 70-ci dəqiqədə Ben Halloranın bərabərlik qoluna sevinib.
Dusseldorf təmsilçisinin baş məşqçisi Lorenz-Günter Kostner Tuğrula start heyətində şans verib. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Fortuna" 20 turdan sonra 26 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.az