Milli komandada yeni baş məşqçi

Milli komandada yeni baş məşqçi
Qazaxıstan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Ora Asiya yığmasını bundan sonra rusiyalı mütəxəssis Yuri Krasnojan çalışdıracaq.
50 yaşlı mütəxəssislə 2+2 sistemi üzrə müqavilə imzalanıb. Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Sayan Hamitjanov keçirdiyi mətbuat konfransında bunları deyib: "Krasnojan orta səviyyəli futbolçularla işləməyi, rəqiblərini təhlil etməyi yaxşı bacarır. O, rusdilli məşqçidir və mükəmməl taktikaya sahibdi".
Qeyd edək ki, Krasnojan daha öncə "Spartak", "Lokomotiv", "Anji", "Kuban" və "Terek" kimi klubları çalışdırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər