"Real" artıq La Liqanın VI turunda keçiriləcək "Elçe" ilə matçın hazırlığına başlayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandada demək olar ki, çatışmamazlıq yoxdu. Belə ki, Qaret Beyl komandadan kənar məşqlərini davam etdirir. Bir müddətdi ki, zədədən əziyyət çəkən Xavi Alonsonun bərpa prosesi isə bitmək üzrədi.
Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelottinin İker Kasilyasa start heyətində şans verməyəcəyi gözlənilir.