FIFA ötən ilin ən yaxşılarını mükafatlandırır. Fanat.az xəbər verir ki, ali futbol qurumu 2013-ün ən yaxşı kişi və ən yaxşı qadın baş məşqçilərinin adını açıqlayıb.
Ən yaxşı qadın baş məşqçi Silviya Neid olub. Ötən il il Almaniya yığması ilə Avropa çempionu olan mütəxəssis "Volsburq"un baş məşqçisi Ralf Kellermannla İsveç milliçini çalışdıran Pia Sundhageni qabaqlayıb.
Ən yaxşı kişi baş məşqçi isə Yupp Heynkes olub. Ötən il "Bavariya" ilə Almaniya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasını qazananr mütəxəssis "Borussiya"nı (Dortmund) çalışdıran Yurgen Kloppla 27 illik "Mançester Yunayted" karyerasını bitirən Aleks Ferqyusonu üstələyib.
Fanat.az