“Real Madrid” PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni transfer etmək üçün qarşı tərəfə 200 min avro təklif etsə də, parislilərdən rədd cavabı alıb.
Fanat.Az xəbər verir ki, bunu İspaniya nəhənginin prezidenti Florentino Peres yerli mətbuata açıqlamasında deyib: “Heyətə ən yaxşı oyunçuları cəlb etməliyik və onlara yaxşı müqavilə təklif edilməlidir. Əlbəttə, belə təklifləri dəyərləndirmək lazımdır. Mbappe üçün 200 milyon avro ödəməyə hazır idik. Lakin PSJ təklifimizi geri çevirdi. Ölkə rəhbərləri klubları alır, futbolçuların satışına razılıq vermir. Yaxın vaxtlarda Avropanın ən güclü 30 klubu ölkə rəhbərləri tərəfindən alınacaq”.
Nihat