20 yanvar şəhidləri Antalyada yad edildi

20 yanvar şəhidləri Antalyada yad edildi

Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. Fanat.az xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.

Xatırladaq ki, millimizin məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər