Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, XIX tura start verilib və ilk oyun günündə iki matç baş tutub.
"Neftçi" doğma meydanda "Sumqayıt"a uduzub - 0:1. "Kəpəz" - "Qəbələ" oyunu isə 2:2 hesabı ilə başa çatıb.
Bu gün daha iki oyun keçirilib. "Zirə" evdə "İnter"ə, "Qarabağ" səfərdə AZAL-a eyni hesabla qalib gəlib - 3:1.
Tura bu gün keçirilən "Xəzər Lənkəran" - "Rəvan" oyunu ilə yekun vurulub. Matç 1:1 hesabı ilə başa çatıb. Cənubluların heyətində dünən əsas komandaların oyununda da meydana çıxan Əli Əliyev fərqlənib. Həmin matçda 72-ci dəqiqədə oyuna daxil olan futbolçu 2 gün oynadığı duellərdə komandasının yeganə qoluna imza atıb.
Əvəzedici heyətlər
2015/16 mövsümü
III dövrə, XIX tur
29 fevral
Neftçi - Sumqayıt 0:1
Qol: Şahin Əliyev, 37.
Kəpəz - Qəbələ 2:2
Qollar: Vəzir Musayev, 35 (avtoqol). Fərid Məmmədov, 37 - Ülvi İbazadə, 7. Ramil Hasanov, 90.
30 yanvar
Zirə - İnter 3:1
Qollar: Muxtar Əliyev, 53. Vüsal İsgəndərli, 55; 58 - Elnur Süleymanov, 66-pen.
AZAL - Qarabağ 1:3
Qollar: Elmin Çobanov, 45+1 - Elmir Namazov, 23. İbrahim Aslanlı, 72. Elçin Rəhimli, 76.
1 fevral
Xəzər Lənkəran - Rəvan 1:1
Qollar: Əli Əliyev, 50 - Ülvi Kələşov, 18.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qəbələ | 19 | 12 | 1 | 6 | 41-22 | 37 | |
| 2 | Sumqayıt | 19 | 10 | 6 | 3 | 40-21 | 36 | |
| 3 | Neftçi | 19 | 10 | 4 | 5 | 46-27 | 34 | |
| 4 | Kəpəz | 19 | 8 | 5 | 6 | 21-23 | 29 | |
| 5 | Qarabağ | 19 | 7 | 6 | 6 | 24-19 | 27 | |
| 6 | Rəvan | 19 | 8 | 2 | 9 | 29-26 | 26 | |
| 7 | Zirə | 19 | 7 | 5 | 7 | 22:31 | 26 | |
| 8 | İnter | 19 | 6 | 3 | 10 | 31-40 | 21 | |
| 9 | Xəzər Lənkəran | 19 | 6 | 2 | 11 | 26-42 | 30 | |
| 10 | AZAL | 19 | 3 | 2 | 14 | 19-48 | 11 | |
|
Bombardirlər | Ehtiram Şahverdiyev (Qəbələ) - 12. Mirabdulla Abbasov (Neftçi) - 10. Şahin Əliyev (Sumqayıt) - 9. Aqşin Qurbanlı (Neftçi), Emil Həsənzadə (Sumqayıt), Ramil Mansurov (İnter) - 8. | |||||||
Fanat.az