AFFA-nın stadionlara, Futbol akademiyasına və milli komandaların Məşq Mərkəzinə xərclədiyi məbləğ açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə qurumun ötən il üçün hazırlanan maliyyə hesabatında məlumat verilib.
Məlum olub ki, AFFA 2015-ci ildə 6 stadionu, Futbol akademiyasına və milli komandaların Məşq Mərkəzinə ümumilikdə 1 milyon 968 min 370 manat sərf olunub. Ən çox xərc "Dalğa Arena"ya çəkilib - 549 min 118 manat.
1. Dalğa Arena - 549.118 manat
2. Bakcell Arena - 471.087 manat
3. Bakı Olimpiya stadionu - 275.244 manat
4. Bayıl Arena - 240.544 manat
5. Futbol akademiyası - 167.936 manat
6. Milli komandaların Məşq Mərkəzi - 149.096 manat
7. Ağsu stadionu - 73.998 manat
8. Binə stadionu - 41.347 manat
Cəmi: 1.968.370 manat
Fanat.az