2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu: "Ağstafa Gəncləri" sürprizə imkan vermədi

2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu: "Ağstafa Gəncləri" sürprizə imkan vermədi

Bu gün yeni mövsüm üçün 2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, həlledici matçda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə qarşılaşıb.

Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmada sevinən tərəf "Ağstafa Gəncləri" olub.

Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.

29 may  2-ci Liqa uğrunda pley-off oyunu 

"Biləsuvar" – "Ağstafa Gəncləri" 0:3

Qollar: Ə.Bağırov, 9. A.Tağıyev, 45+2. E.Hüseynov, 47 Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev Yevlax şəər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər