2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının vaxtı bilindi

2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının vaxtı bilindi

2025/2026 mövsümü üçün Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off matçının vaxtı bəllidir.

Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə cari mövsüm II Liqada 13-cü yeri tutmuş “Lerik” ilə Region Liqasının ikincisi “Şirvan” üz-üzə gələck.

Qarşılaşma mayın 29-da, saat 16:00-da "ASCO Arena"da start götürəcək.

Bununla əlaqədar mayın 27-də, saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər