2-ci Liqanın bombardirinin mövsümə harada başlayacağı dəqiqləşdi - AÇIQLAMA

2-ci Liqanın bombardirinin mövsümə harada başlayacağı dəqiqləşdi - AÇIQLAMA

Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Bunu Fanat.Az-a açıqlamasında Vidadinin özü deyib:

"Əslində, variantlar çox idi. Bir neçə klub maraqlanırdı. Məni heyətində görmək istəyən komandaların adlarını açıqlamaq düzgün alınmaz. Çünki artıq seçimimi etmişəm. Yeni mövsümə "Quba"da başlayacağım dəqiqləşib. Düzdür, hələ müqavilə bağlamamışam, amma razılığa gəlmişik. Yaxın günlərdə hər şey rəsmiləşəcək. 1 illik müqavilə bağlayacağıq".

Nihat    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər