Futbol üzrə Azərbaycanın 2-ci Liqasında 5-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Quba” öz meydanında “Göygöl”ü, “Şəki Siti” “Şəmkir”i, “Qaradağ Lökbatan” isə “Xankəndi”ni məğlub edib.
Bu nəticələrdən sonra turnir cədvəlində 3 komanda - "Qaradağ Lökbatan", "Şirvan" və "Xankəndi" hərəyə 12 xalla 1-3-cü yerləri bölüşürlər.
2-ci Liqa 5-ci tur 14 oktyabr
“Quba” – “Göygöl” 2:1 Qollar: Vidadi Cəfərov, 73. Cavid Qasımov, 76 – Sərcan Omarov, 87.
“Şəki Siti” – “Şəmkir” 1:0 Qol: Cavid İmamverdiyev, 72.
“Qaradağ Lökbatan” – “Xankəndi” 2:0 Qollar: Rövşən Şahmuradov, 68; Şahin Zəkiyev, 80-öz qapısına.
Turun digər oyunları: “Ağstafa Gəncləri” – “Ağdaş” 0:0 “Şirvan” – “Araz Saatlı” 4:0 “Dinamo” – “Kür-Araz” 3:1
