2-ci Liqa: Liderin ən yaxın izləyicisi dəyişə bilər

2-ci Liqa: Liderin ən yaxın izləyicisi dəyişə bilər

Bu gün Azərbaycan 2-ci Liqasında 5-ci tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 2 görüş baş tutacaq. Əvvəlcə iddialı iki komanda - “Dinamo” ilə “Marafon” Binədə qarşılaşacaqlar. İkinci yerdə qərarlaşan Sabirabad təmsilçisi liderdən aralı düşməmək üçün "polislər"lə səfər matçından qalib ayrılmağa çalışacaq. Bakılılar isə liderlər sırasına dönməklə yanaşı, "Marafon"la xal fərqini minimuma endirmək üçün rəqibini əliboş yola salmaq əzmindədir. Tura "Neftçi"nin bazasında yekun vurulacaq. "Difai" “Qaradağ Lökbatan”ı “Palms Sports Arena”da qəbul edəcək. "Marafon"un büdrəməsini gözləyən lökbatanlılar zəif rəqibini yenməklə, liderin ən yaxın izləyicisi statusunu ələ keçirə bilər. Qeyd edək ki, turun qalan oyunları ötən gün baş tutub. “Zəngəzur” “Kür-Araz”ı 5:1, “Hypers” “Şəki”ni 5:0, “Şirvan” “Şəmkir”i 3:2, “Ağstafa Gəncləri” isə “Ağdaş”ı 4:3 hesabı ilə məğlub edib. 2-ci Liqa 5-ci tur 29 sentyabr “Dinamo” – “Marafon” Hakimlər: Sənan Bayramzadə, Sevda Nuriyeva, Sadiq Əliyev, Ləman Əmirli. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Erkin Hüseynov. Binə qəsəbə stadionu, 15:00. “Difai” – “Qaradağ Lökbatan” Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Törə Əhmədova. “Palms Sports Arena” (4-cü meydança), 15:30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər