19 yaşlı Maliki iki İngiltərə nəhəngi istəyir

19 yaşlı Maliki iki İngiltərə nəhəngi istəyir

"Olimpik Lion"un 19 yaşlı cinah hücumçusu Malik Fofana karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, belçikalı futbolçunun xidmətində "Arsenal" və "Liverpul" maraqlıdır. Mənbə sözügedən futbolçunun Fransa təmsilçisini tərk etmək variantına isti yanaşdığını, "Lion"un isə onun satışından 50 milyon avro qazanmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 34 matça çıxan Fofana 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc vingerin transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər