18 yaşlı çempionumuz: "Medalı vətənimə həsr edirəm"

18 yaşlı çempionumuz: "Medalı vətənimə həsr edirəm"

"18 yaşımda ilk dəfə Paralimpiya Oyunlarında iştirak etdim və qızıl medal qazandım. Həmçinin Paralimpiya rekordunu qırdım. İstərdim ki, dünya rekordunu qırım. Bu da gələn dəfəyə qaldı".

Fanat.Az xəbər verir ki, bu fikirlər Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə 11-ci qızıl medalı qazandıran üzgüçü Vəli İsrafilova məxsusdur.

100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq Azərbaycan tarixinə ən gənc Paralimpiya çempionu kimi düşən idmançı nəticəsinin ideal olduğunu deyib: "Medalı vətənimə həsr edirəm. Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Vəli İsrafilov sentyabrın 3-də 100 metr məsafəyə baterflay üsulu ilə üzmə yarışında da çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər