Premyer Liqanın ikinci dövrəsi başa çatdı. Fanat.az xəbər verir ki, 18 turda 10 komandanı 14 baş məşqçi çalışdırıb. Bir mütəxəssis isə müvəqqəti baş məşqçi səlahiyyətlərini icra edib.
Ən çox baş məşqçiyə "Rəvan" ehtiyac duyub. Mövsümə Ramil Əliyevlə başlayan Bakı klubu onu Vladislav Qədirovla əvəzləyib. Daha sonra isə baş məşqçi postuna Şahin Diniyev təyin olunub.
"Xəzər Lənkəran" mövsümə başladığı Con Toşak Mustafa Dənizli ilə əvəzləyib. Türk mütəxəssisin gəlişindən əvvəl komandanı bir oyunda Covanni Melkiorre meydana çıxarıb.
"Neftçi" də iki baş məşqçiyə güvənib. Paytaxt klubu Tərlan Əhmədovu istefaya göndərərək Nazim Süleymanovu komandanın başına gətirib.
"Qarabağ", "Qəbələ", "İnter", "Bakı", "Simurq", "Sumqayıt" və AZAL hazırkı baş məşqçilərinə güvənib.
| 1 | Qurban Qurbanov | Qarabağ | 18 |
| 2 | Yuri Syomin | Qəbələ | 18 |
| 3 | Kaxaber Tsxadadze | İnter | 18 |
| 4 | Milinko Pantiç | Bakı | 18 |
| 5 | Georgi Çixradze | Simurq | 18 |
| 6 | Aqil Məmmədov | Sumqayıt | 18 |
| 7 | Vaqif Sadıqov | AZAL | 18 |
| 8 | Con Toşak | Xəzər L | 14 |
| 9 | Tərlan Əhmədov | Neftçi | 10 |
| 10 | Şahin Diniyev | Rəvan | 9 |
| 11 | Nazim Süleymanov | Neftçi | 8 |
| 12 | Vladislav Qədirov | Rəvan | 7 |
| 13 | Mustafa Dənizli | Xəzər L | 3 |
| 14 | Ramil Əliyev | Rəvan | 2 |
| 15 | Covanni Melkiorre | Xəzər L | 1 |
Fanat.az