17 yaşlı vunderkind hansı İngiltərə nəhənginə keçəcək?

17 yaşlı vunderkind hansı İngiltərə nəhənginə keçəcək?

Lissabon "Sportinq"inin 17 yaşlı cinah hücumçusu Covani Kenda karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Xəbərə görə, onun xidmətində "Arsenal" və "Çelsi" maraqlıdır. Mənbə sözügedən klubların skautlarının Kendanın oyununu izlədikləri və məmnun qaldıqları bildirilib. Onun "Sportinq"lə müqaviləsindəki sərbəstqalma məbləğinin 100 milyon avro olduğu da diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 13 matça çıxan Kenda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər